Dövlət tədricən dövlət sərhədinin qorunması üçün tam məsuliyyəti öz üzərinə götürməlidir.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 26 noyabrda hökumət iclasından sonra keçirdiyi ənənəvi brifinqdə bildirib.
Jurnalistlər ondan, xüsusən də, dövlət sərhədindəki Rusiya sərhədçilərinin hansı hissələrinin Ermənistan sərhədçiləri ilə əvəz olunacağı ilə bağlı dəqiq bir planın olub-olmadığını soruşublar.
Paşinyan cavabında bildirib: "Rusiya sərhədçilərinə bütün bu illər ərzində sərhədlərimizin keşiyini çəkdikləri üçün minnətdarıq. Amma düşünürəm ki, yaxın illərdə dövlət sərhədlərimizin qorunması üçün tam məsuliyyəti öz üzərimizə götürməliyik".