Gündəm / Siyasət
29-01-2026, 14:29
Azərbaycan və Ermənistan arasında sülh prosesi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub
“Azərbaycan və Ermənistan arasında sülh prosesi 2025-ci il 8 avqustda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişinin paraflanması nəticəsində keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu hadisə uzun illər davam edən münaqişədən sonra tərəflər arasında əldə olunan ən mühüm razılaşmadır və münaqişənin həlli baxımından mühüm dönüş nöqtəsi hesab olunur”.
Bunu
Planetinfo.az-a politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, lakin paraflanma hələ sülh müqaviləsinin imzalanması və hüquqi qüvvə alması demək deyil:
“Prosesin taleyi böyük ölçüdə Azərbaycanın irəli sürdüyü konkret şərtlərin Ermənistan tərəfindən necə və nə dərəcədə icra olunacağından asılıdır. Bakının əsas tələbi Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılmasıdır. Rəsmi Bakı bunu yalnız siyasi jest kimi deyil, gələcəkdə mümkün revanşizmin hüquqi əsaslarının tamamilə ləğvi kimi görür. Bu şərtlər isə Ermənistan daxilində kifayət qədər həssas və mürəkkəb daxili siyasi proseslər tələb edir”.
Anar