Gündəm Bugün, 17:30

Gürcüstan bu avtomobillərin idxalını qadağan edəcək


Gürcüstan hökuməti altı ildən çox yaşı olan minik avtomobillərinin idxalını qadağan edən qanun layihəsini parlamentə təqdim edib.

Planetinfo.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Son illərdə Gürcüstanda nəqliyyat vasitələrinin sayı kəskin şəkildə artıb.

2012-ci ildə ölkədə 864 min nəqliyyat vasitəsi qeydiyyata alınıb və 2025-ci ilə qədər bu rəqəm 2 milyonu keçəcək. Nəqliyyat vasitələrinin sayında bu artım tıxaclara və ekoloji vəziyyətin pisləşməsinə səbəb olur.

Qeyd edək ki, Gürcüstanın xarici ticarətinin strukturunda minik avtomobillərinin idxalı və ixracı birinci yeri tutur.

2025-ci ildə Gürcüstan 3,87 milyard dollar dəyərində minik avtomobili idxal edib və ölkənin ümumi idxalının 20,9%-ni təşkil edib. Ölkədən minik avtomobillərinin yenidən ixracı ötən il 16% artaraq 2,8 milyard dollara çatıb ki, bu da Gürcüstan ixracının 38%-dən çoxunu təşkil edir.

Əsas idxal ABŞ, Yaponiya və Almaniyadan gəlir, 2025-ci ildə isə əsas ixrac istiqamətləri Qırğızıstan, Qazaxıstan və Azərbaycan olub.

Xəbər lenti