ABŞ, Rusiya və Ukrayna gələn həftə üçüncü üçtərəfli görüş keçirməyi planlaşdırırlar.
Planetinfo.az xəbər verir ki, bu barədə görüşün anonsunu "Politico" verib.
Məlumata görə, Amerika nümayəndə heyəti bu görüşdə nizamlamada irəliləyişin olacağına inanır
Bildirilib ki, danışıqlar əvvəlki iki görüş kimi Əbu-Dabidə və ya Mayami şəhərində baş tuta bilər.
Ukrayna Prezidenti Volodimir Zelenski bundan əvvəl növbəti görüşün ABŞ-də keçirilə biləcəyini bildirmişdi.
Moskva yeni danışıqların yerini və tarixini təsdiqləməyib,
Xatırladaq ki, əvvəlki üçtərəfli danışıqlar 4-5 fevral tarixlərində Əbu-Dabidə baş tutub. Həmin vaxt Kiyev və Moskva "157-yə 157" formatında hərbi əsirlərin mübadiləsi barədə razılığa gəliblər.