Köhnə dünya artıq mövcud deyil və bu inkişaf gözümüzün önündə baş verdi".
Planetinfo.az xəbər verir ki, bu fikirləri ABŞ Dövlət Katibi Marko Rubio deyib.
O, bəşəriyyətin geosiyasətin yeni bir dövrünə qədəm qoyduğunu və bunun ölkələrin rolunu və beynəlxalq münasibətlərə yanaşmalarını yenidən nəzərdən keçirməyi tələb edəcəyini deyib.
Rubio qeyd edib ki, ABŞ müttəfiqləri ilə fəal şəkildə dialoq aparır və konfransda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
"Onu görmək şansım var. Düşünürəm ki, bu, mənim cədvəlimdədir. Dəqiq deyə bilmərəm, amma bunun baş verməsi ehtimalı var", - deyə o bildirib.
Qeyd edək ki, Zelenskiin Münhenə gedib-getməyəcəyi məlum deyil.