Gündəm 16-02-2026, 17:30

Azərbaycanın yeganə qadın generalı işdən azad olunur?


Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyində kadr islahatları gedir.

Planetinfo.az-ın özəl mənbədən əldə etdiyi məlumata görə, Kadr Siyasəti Baş İdarəsinin rəisi general-mayor Şirinova Sevda Azər qızı da işdən azad olunur. Bununla bağlı nazir Kəmaləddin Heydərovun əmir imzalayacağı bildirilib.

Qeyd edək ki, 13 dekabr 2010-cu il tarixli Prezident sərəncamı ilə Sevda Şirinovaya general-mayor rütbəsi verilib və bununla da o, Azərbaycan dövlət idarəçiliyində general rütbəsi alan qadın kimi tarixə düşüb.NOCOMMENT.az


Xəbər lenti