Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrləri ilə Elnur Qaraxan oğlu Əliyev və Arif Alim oğlu Ataxanlı Nazirliyin tabeliyində DOST Agentliyinin İdarə Heyəti sədrinin müavinləri təyin ediliblər.
Planetinfo.az bildirir ki, bu barədə Teleqraf-a Agentlikdən məlumat verilib.
Elnur Əliyev 1979-cu ildə doğulub. Bakı Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Ötən dövrdə özəl sektorda, vergi sahəsində, 2018-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyində müxtəlif vəzifələrdə, hazırkı vəzifəsinə qədər Agentliyin Mərkəzi Monitorinq və Qiymətləndirmə Filialının müdiri vəzifəsində çalışıb.
Arif Ataxanlı Arif Ataxanlı 1990-cı ildə doğulub. Sumqayıt Dövlət Universitetinin ümumi iqtisadiyyat ixtisası üzrə bakalavr pilləsini bitirib.
Ötən dövrdə özəl sektorda, Dövlət Sərhəd Xidmətində, 2021-ci ildən DOST Agentliyində müxtəlif vəzifələrdə, hazırki vəzifəsinə qədər DOST Agentliyində departament müdiri vəzifəsində çalışıb.