"Kənan M.M." kimi tanınan Kənan Mahmudovun yazar Orxan Saffariyə qarşı sosial şəbəkədə etdiyi paylaşım geniş müzakirələrə səbəb olub.
Planetinfo.az-ın məlumatına görə, istifadə olunan ifadələr adi polemika çərçivəsini aşaraq təhqir və mümkün təhdid xarakteri daşıyır.
Hüquqi baxımdan qeyd olunur ki, şərəf və ləyaqətin alçaldılması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi (təhqir), bilə-bilə yalan məlumat yayılması isə 147-ci maddə (böhtan) üzrə məsuliyyət yarada bilər. Əgər paylaşımlarda öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə məzmunu mövcuddursa, bu hal 134-cü maddə ilə qiymətləndirilə bilər.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırma aparacağı gözlənilir. Sosial şəbəkədə edilən paylaşımların da hüquqi məsuliyyət doğurduğu vurğulanır.