Gündəm 20-02-2026, 16:20

Paytaxtda oğurluq edən qadın saxlanıldı


Bakının Səbail rayonunda oğurluq hadisəsi baş verib.

Planetinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib

Zərərçəkən polisə müraciət edərək 5000 manat dəyərində qızıl-zinət əşyalarının naməlum şəraitdə oğurlandığını bildirib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən 47 yaşlı S.Abbasova müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs rəfiqəsi ilə birlikdə restoranda nahar edən zaman onun qızıl-zinət əşyalarını çantasına qoyduğunu görüb və diqqətini yayındıraraq həmin əşyaları oğurlayıb.

Hadisə baş verdikdən dərhal sonra zərərçəkən polisə müraciət edib və bunu görən S.Abbasova şübhələri üzərindən atmaq üçün vaxt itirmədən "102" Xidmətinə zəng edərək onun da elə restoranda 300 dollar pulunun oğurlanması barədə polisə məlumat verib. Hadisədən sonra S.Abbasova rəfiqəsindən taladığı qızıl-zinət əşyalarını zərgərlik mağazalarının birinə apararaq satmaqda şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti