Gündəm 20-02-2026, 18:09

Sumqayıt, Abşeron və Qaradağda 2 gün su olmayacaq



Magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar görüləcək işlər çərçivəsində Sumqayıt şəhəri, Abşeron və Qaradağ rayonlarının bir hissəsinə fevralın 22-si saat 22:00-dan, fevralın 24-ü gecə saatlarınadək suyun verilməsində fasilə yaranacaq.

Planetinfo.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

"Bu müddət ərzində sakinlərə su maşınları ilə xidmət göstəriləcək. Anlayışla qarşıladıqlarına görə abonentlərə minnətdarlığımızı bildiririk", - məlumatda qeyd olunub.

Xəbər lenti