Gündəm 10-03-2026, 14:30

İraq hava məkanı daha üç gün bağlı qalacaq

İraq hava məkanı üç gün hava nəqliyyatı üçün bağlı qalacaq.

Planetinfo.az xəbər verir ki. bu barədə ölkənin hava nəqliyyatına nəzarət edən Bağdad Uçuş Məlumat Bölgəsindəki mənbə bildirib.

Agentliyin rəsmisi bildirib ki, hava məkanının bağlanması 13 marta qədər uzadılıb.

O qeyd edib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlaması səbəbindən İraq üzərindəki səma 28 fevral səhəri bağlanıb.

28 fevraldan etibarən İran, Küveyt və Bəhreynin hava məkanı da bağlanıb.

Xəbər lenti