Gündəm 10-03-2026, 15:39

60 yaşlı məşhur idmançı vəfat etdi

Avarçəkmə üzrə ikiqat SSRİ çempionu və 1992-ci il Barselona Olimpiadasında Rusiya Komandasının üzvü olmuş Sergey Korotkix 60 yaşında vəfat edib.

Planetinfo.az xəbər verir ki, bu barədə Rusiya Avarçəkmə Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Keçmiş idmançının ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Korotkix 1990 və 1991-ci illərdə SSRİ çempionu olubvə Beynəlxalq İdman Ustası adına layiq görülüb.

O, həmçinin ABŞ, Almaniya, Hollandiya və Fransada keçirilən reqatların qalibi olub.

Xəbər lenti