Gündəm 10-03-2026, 17:42

Könül Həmzəyeva axtarışa verildi

“Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva barəsində cinayət işi açılıb.

Planetinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Könül külli miqdarda dələduzluqda ittiham olunur.

K.Həmzəyeva istintaqdan qaçıb gizləndiyi üçün axtarışa verilib. Hazırda Xəzər Rayon Polis İdarəsində istintaq aparılır.

Qeyd edək ki, 1 ay əvvəl tanınmış influenser Fidan Zeyn və Azerina da K.Həmzəyevadan şikayət edib. İnfluenserlər Xətai Rayon Polis İdarəsinə müraciət edib və Həmzəyevanın onların 150 min manatını mənimsədiyini bildirib.

Xəbər lenti