Gündəm 11-03-2026, 15:45

Dubayda partlayan dron nəticəsində dörd nəfər yaralandı

Dubay Hava Limanının mətbuat xidməti iki dronunun beynəlxalq hava limanının yaxınlığında partlaması nəticəsində dörd nəfərin yaralandığını açıqlayıb.

Planetinfo.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Açıqlamaya görə, bir Hindistan vətəndaşı orta dərəcəli xəsarətlər, iki Qana vətəndaşı və bir Banqladeş vətəndaşı isə yüngül xəsarətlər alıb.

Qeyd olunub ki, hava nəqliyyatı normal rejimdə işləyir.

Xatırladaq ki, bu, ABŞ-İsrail müharibəsi başlayandan bəri Dubay hava limanına edilən ilk hücum deyil.

Xəbər lenti