Gündəm 11-03-2026, 17:31

İsrail Somalilandda hərbi baza qurmaq istəyir - Hazırlıq işlərinə başlanıldı


İsrail bu ilin sonlarında müstəqil və suveren dövlət kimi tanıdığı Somalilandda baza yaratmaq istəyir.

Planetinfo.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Bildirilib ki, İsrail artıq hazırlıq işlərinə başlayıb.

Ötən ilin iyun ayında İsrail rəsmilərindən ibarət kiçik bir nümayəndə heyəti Somalilandda səfərdə olub və bu səfər zamanı Qırmızı dənizin mənsəbində gələcək baza üçün mümkün yer müəyyən etməyə çalışıblar.

Qeyd edilib ki, yəhudi dövləti bazanın tikintisində maraqlıdır, çünki öz ərazisindən Husi hərəkatına qarşı hücumlar başlatmaq istəyir.

Xatırladaq ki, 2025-ci ilin dekabrın 26-da İsrailin Baş naziri Benyamin Netanyahu Somaliland Respublikasının dövlətçiliyini tanıyıb.

Beynəlxalq ictimaiyyətin qalan hissəsi Somalilandın Somalinin bir hissəsi kimi tanıyır, baxmayaraq ki, respublika hökuməti1991-ci ildə birtərəfli qaydada dövlət suverenliyini elan edib.

Somali hökuməti İsrailin hərəkətlərinin suverenliyin kobud şəkildə pozulması olduğunu və bütün Afrika Buynuzu bölgəsində sabitliyi pozmaq təhlükəsi yaratdığını düşünür. İsrailin bu addımı bir çox ölkə, eləcə də beynəlxalq və regional təşkilatlar tərəfindən pislənib.

Xəbər lenti