"İrana hücum qlobal iqtisadiyyata ciddi təzyiq göstərib və bütün dünya bunun bədəlini ödəyəcək".
Planetinfo.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxış edərkən deyib.
"Bu mənasız, haqsız və qanunsuz müharibə davam edərsə, daha çox can itkisi olacaq və qlobal iqtisadiyyata dəyən ziyan daha da böyük olacaq", - deyə o bildirib.
Ərdoğan vurğulayıb ki, bütün region xaosa girməzdən əvvəl bu vəziyyətin qarşısı alınmalıdır:
"Diplomatiyaya şans verilsə, bu, tamamilə mümkündür. Biz dialoqa və danışıqlara qayıtmaq üçün səylərimizi səbirlə davam etdiririk. Mövcud vəziyyətin həssaslığını nəzərə alaraq, Türkiyəni bizi əhatə edən yanğın fırtınasından qorumaq üçün son dərəcə ehtiyatla hərəkət edirik", - deyə Ərdoğan əlavə edib.
"İranda ölənlərin sayının 2000-ə çatıb. Dini lider Əli Xamenei də daxil olmaqla, İranın yüksək vəzifəli rəsmiləri sui-qəsd cəhdlərində öldürüldü. İran neft hasilatı müəssisələrinə, su və enerji infrastrukturuna və nəqliyyat infrastrukturuna edilən zərbələrdən ağır itkilər verdi. İqtisadi blokada altında və ağır vəziyyətdə olan əhali hazırda gündəlik bombardman altında yaşamaq üçün mübarizə aparır. Təəssüflə görürük ki, qadınlar, uşaqlar, yaşlılar və bütövlükdə mülki əhali baş verənlərə görə heç bir məsuliyyət daşımasalar da, bunun üçün yüksək qiymət ödəməyə məcburdurlar", - deyə Türkiyə lideri yekunlaşdırıb.