Gündəm 11-03-2026, 18:25

Ölən anasının pensiyasını 11 il alıb: Bu qədər mənimsəyib



İnquşetiyada məhkəmə 11 il ərzində vəfat etmiş anasının pensiyasını alan şəxsə hökm oxuyub.

Planetinfo.az "RIA Novosti"yə istinadən xəbər verir ki, Movsar İkajev 4 il müddətinə məcburi əmək cəzasına məhkum edilib. Onun maaşının 10 faizi dövlətin xeyrinə tutulacaq.

Məhkəmədə müəyyən edilib ki, İkajev anasının ölümünü Pensiya və Sosial Sığorta Fondunun yerli şöbəsinə bildirməyib. Nəticədə 2014-cü ilin mart ayından 2025-ci ilin iyun ayınadək mərhum anasının adına hesablanan məbləğ pensiya bank kartına köçürülməyə davam edib. O isə həmin vəsaiti öz hesabına köçürərək ümumilikdə 3,2 milyon rubldan (69 min manat) çox pul mənimsəyib.

Məhkəmə onu külli miqdarda özgə əmlakını gizli şəkildə talamaqda təqsirli bilib.

Xəbər lenti