Gündəm 11-03-2026, 21:49

Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb



Yevlaxda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Planetinfo.az xəbər verir ki, hadisə rayonun Qaraçılar məhəlləsi adlanan ərazisində qeydə alınıb.

Belə ki, 2023-cü il təvəllüdlü uşaq ərazidən keçən su kanalına düşərək boğulub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbər lenti