İranın İsfahan şəhərindəki aviasiya kolleci havadan hücuma məruz qalıb.
Planetinfo.az xəbər verir ki, bu barədə "Əl-Hədət" telekanalı məlumat yayıb.
Məlumata görə, şəhərdə partlayış səsləri eşidilib və İsfahan səmasında hərbi təyyarələr görünüb.
Mümkün dağıntılar və ya tələfat barədə heç bir məlumat verilməyib.