"İran Kaliforniyadakı hədəflərə ölümcül dron hücumları həyata keçirmək üçün yüksək texnologiyaya və qabiliyyətə malikdir".
Planetinfo.az xəbər verir ki, bunu İŞİD liderlərini və digər terrorçu qrupları məhv etmək üçün illərdir dronlardan istifadə edən ABŞ ordusunun keçmiş kəşfiyyat və xüsusi təyinatlı qüvvələrinin əsgəri Bret Velikoviç deyib.
Velikoviçin sözlərinə görə, İran Kaliforniya sahillərinə dron hücumu planlaşdırmağa çalışır.
Ekspert qeyd edib ki, FTB-nin yerli hüquq-mühafizə orqanlarına verdiyi xəbərdarlıq təhlükənin ciddiliyini nümayiş etdirir.
O, iddia edib ki, İranın minlərlə mil məsafədə idarə oluna bilən və yüzlərlə mil hədəfə uça bilən minlərlə döyüş dronuna sahib olması ehtimalı var.
Onun sözlərinə görə, bu cür dronlar gəmilərdən buraxıla bilər.
Bu cür hücumlardan qorunmaq üçün çoxqatlı bir sistem lazımdır. Dronları vura bilən raketlər, idarəetməni və naviqasiyanı pozmaq üçün tıxaclar, elektronikanı kor etmək və sıradan çıxarmaq üçün lazerlər.
Velikoviç vurğulayıb ki, dronlara qarşı tək bir həll yolu yoxdur.