Gündəm 12-03-2026, 13:15

İranın mövqeyi dəyişməzdir - Rejimin devrilməsi real görünmür

İran rəhbərliyinin mövqeyi dəyişməz olaraq qalır və yaxın gələcəkdə çökmə təhlükəsi ilə üzləşməyəcək.

Planetinfo.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatı məlumat yayıb.

Məlumata görə, çoxsaylı kəşfiyyat hesabatlarında İran rejiminin əhali üzərində nəzarəti saxladığı qeyd olunur.

İsrail rəsmiləri görüşlərdə müharibənin İranda hakimiyyət dəyişikliyinə səbəb olacağını etiraf ediblər.

Qeyd edilib ki, ABŞ-İsrail kampaniyasının İrandakı mövcud hökuməti necə devirəcəyi hələ də məlum deyil.

Xəbər lenti