Bakı-Qazax magistralında yol-nəqliyyat hadisəsi baş verib.
Planetinfo.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Reno" və "Ford" markalı maşınlar toqquşub.
İlkin məlumata görə, qəzada 1960-cı il təvəllüdlü Bəxtiyar Həsənov, 2001-ci il təvəllüdlü Lalə Məhərrəmova və 2025-ci il təvəllüdlü Ramal Məhərrəmov xəsarət alıb. Yaralılar Gəncədəki xəstəxanaların birinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.