16 mart saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Yeni adlar" layihəsi çərçivəsində konsert proqramı təqdim olunacaq. Konsertdə Bakı Dövlət Kamera Orkestri, dirijor Fuad İbrahimovun rəhbərliyi ilə çıxış edəcək.
Gecənin solistləri gənc pianoçular Elçin Məmmədov və Nərgiz Kəngərli olacaq. Belə ki, konsertdə J.S. Bach-ın piano və orkestr üçün 5 nömrəli Konserti ( f-moll) və A. Şnitkenin piano və orkestr üçün Konserti (op.136) ifa olunacaq.
"Yeni adlar" layihəsinin məqsədi gənc və istedadlı musiqiçilərin yaradıcılığını geniş auditoriyaya təqdim etmək, onların peşəkar səhnədə çıxış etməsinə dəstək olmaq və klassik musiqi ənənələrinin inkişafına töhfə verməkdir.
Musiqisevərlər bu konsertdə həm barokko dövrünün incəliklərini, həm də müasir musiqi üslubunun rəngarəngliyini eyni səhnədə dinləmək imkanı əldə edəcəklər.