Gündəm 14-03-2026, 15:11

Bakıda işlədiyi yerdən bahalı fotoaparat oğurlayan qadın saxlanıldı




Bakının Nəsimi rayonunda eyni ofisdə çalışan həmkarının 9 min dollar dəyərində fotoaparatını oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilib.

Bu barədə Planetinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı K.Hətəmova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti