İrana məxsus pilotsuz uçuş aparatı (PUA) Ər-Ruvays şəhərindəki neft emalı zavoduna (NEZ) zərbə endirib.
Planetinfo.az xəbər verir ki, bu barədə Əbu-Dabi əmirliyinin mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
Qeyd olunub ki, hücumdan sonra NEZ-də yanğın başlayıb. Yanğınsöndürənlər alovu nəzarətə götürüblər və hazırda onun lokallaşdırılması ilə məşğuldurlar.