Gündəm Bugün, 11:00

Zaqatalada ikimərtəbəli ev yandı



Zaqatalada yaşayış evində yanğın baş verib.

Planetinfo.az xəbər verir ki, hadisə Qımır kəndində baş verib.

Kənd sakini Xoşbəxt Mazanova məxsus ikimərtəbəli yaşayış evində baş verən yanğın yanğınsöndürmə briqadası tərəfindən söndürülüb.

Yanğın zamanı əsasən evin dam örtüyü və ona bitişik hissələri zərər görüb. Alov ram edilərək evin digər hissələri yanğından mühafizə olunub.

Hadisə zamanı zərərçəkən olmayıb.

Xəbər lenti