Gündəm 22-03-2026, 11:50

Bir günə 40,9 kq narkotik vasitə aşkar edildi




Ötən gün 40,9 kq narkotik vasitə aşkar edilib.

Bu barədə Planetinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 21-də ümumi çəkisi 40,9 kiloqram narkotik vasitə və 500 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Xəbər lenti