Avstraliyanın Nyukasl Universitetinin alimləri apardıqları araşdırma ilə canlı mikroorqanizmlər ehtiva edən məhsulların arıqlama prosesinə müsbət təsir göstərə biləcəyini müəyyən ediblər.
Tədqiqat çərçivəsində 58 sağlam yetkin insanın qidalanma vərdişləri, çəkisi, insulin və xolesterin səviyyələri araşdırılıb.
Nəticələr göstərib ki, tərkibində çoxlu canlı mikroorqanizmlər olan məhsullar, xüsusilə müntəzəm olaraq yoqurt, kefir, turş kələm və kimçi qəbul edən şəxslərin bədən kütləsi indeksi və bel çevrəsi daha aşağı olub.
Bu qidaları qəbul edən insanlarda acqarına insulin səviyyəsinin daha aşağı, “yaxşı” xolesterinin isə daha yüksək olduğu müşahidə edilib. Alimlərin fikrincə, sağlam qidalanmada yalnız vitamin və lif deyil, qida ilə orqanizmə daxil olan faydalı mikroorqanizmlər də mühüm rol oynayır.
Qeyd edək ki, araşdırma “Nutrition Research” jurnalında dərc olunub.