Gündəm / Dünya Bugün, 22:00

Çexiyada hərbi helikopter qəzaya uğradı: Ölən var



Çexiyanın şərqində orduya məxsus UH-1Y “Venom” tipli helikopter qəzaya uğrayıb.

Bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, hadisə Namest nad Oslavou şəhərində yerləşən 22-ci Helikopter Hərbi Hava Qüvvələri Bazasında baş verib. Helikopterin göyərtəsində 5 hərbçinin olduğu qeyd olunub.

Çexiya ordusunun məlumatına görə, hadisə nəticəsində bir nəfər ölüb.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Xəbər lenti