Gündəm 24-03-2026, 18:50

5 gün fasiləsiz yağış yağacaq, sel gələcək




Martın 25-dən 30-u səhərədək Azərbaycanın rayonlarının bəzi yerlərində hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Planetinfo.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Xəbər lenti