Gündəm 24-03-2026, 19:21

Bəzi küçələrdə hərəkət məhdudlaşdırılacaq



Martın 25-də paytaxtın Cəlil Məmmədquluzadə küçəsindən Səməd Vurğun küçəsinədək, həmçinin Hüseyn Cavid prospektinin Seyfəddin Dağlı küçəsindən Landau küçəsinədək olan hissələrində təmir işləri aparılacaq.

Bu barədə Planetinfo.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Bununla əlaqədar olaraq hər iki istiqamətdə hərəkət saat 08:00-dan 26 mart saat 22:00-dək məhdudlaşdırılacaq.

Sürücülərdən alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.

Xəbər lenti