Mədəniyyət naziri Adil Kərimlinin Xalq artisti Rasim Balayevin dəfn mərasimində iştirak etməməsi bir sıra müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə və bir sıra internet resurslarında nazirin Rasim Balayev kimi böyük şəxsiyyətin dəfn mərasimində iştirak etməməsi müzakirə edilib.
Planetinfo.az baş verən müzakirələr fonunda araşdırma edib. Əldə etdiyimiz məlumata görə, Mədəniyyət naziri Adil Kərimli hazırda ölkə xaricində ezamiyyətdədir.
Buna görə də, Rasim Balayevin vida mərasimində onu nazir müavini Səadət Yusifova əvəz edib. S. Yusifova vida mərasimində nazirin adından Xalq artistinin ailəsinə və iştirakçılara başsağlığını çatdırıb.