Hadisə 26-01-2026, 11:46

Piyadaya yol verməyən sürücünü yol polisi saxladı - VİDEO

Piyadaya yol verməyən sürücünü yol polisi saxladı - VİDEO
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Planetinfo.az-a verilən xəbərə görə, qanunvericiliyin tələbinə əsasən yol ayrıcında sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə bu hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir.

Tədbir zamanı yol ayrıcında bu tələbi pozaraq piyadaya yol verməyən sürücü saxlanılıb, onunla profilaktik söhbət aparılaraq qanunvericiliyin tələbi izah olunub.

Yollarda təhlükəsiz hərəkət hər birimizin fərdi məsuliyyətidir.

Xəbər lenti