Rusiya vətəndaşlarını girov saxlayan və onlardan pul tələb edən yeddi nəfər saxlanılıb.
Planetinfo.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi açıqlama yayıb.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər qaz sızmasını bəhanə edərək gecə saatlarında Rusiya vətəndaşlarının evinə giriblər. Təqsirləndirilən şəxslər iti uclu silahdan istifadə edərək onları öldürməklə hədələyərək 2000 dollar, mobil telefonlar və noutbuklar oğurlayıblar, sonra onları döyüblər və əlavə 300 min dollar tələb ediblər, təslim olmadıqları təqdirdə onları öldürəcəkləri ilə hədələyiblər.
Məlumata görə, hadisədən bir neçə saat sonra təqsirləndirilən şəxslər Rusiya vətəndaşlarını maşınlara dolduraraq Marneuliyə aparıblar.
Polis cinayətkarları Qori şəhərlərində saxlayıblar. Rusiya vətəndaşları azadlığa buraxılıb.