ABŞ müdafiə naziri Pit Heqset ABŞ ordusunda onlarla qaradərili zabitin, eləcə də qadın hərbçilərin rütbə yüksəlişinə mane olub.
Planetinfo.az xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.
Məlumata görə, bu zabitlər irqlərinə, cinsinə və ya ABŞ-nin sabiq prezidenti Co Baydenin administrasiyası ilə əlaqələrinə görə Pentaqon rəhbərinin diqqətini cəlb etmiş ola bilərlər. Rəsmilər Heqsetin müxtəliflik, bərabərlik və inklüzivlik siyasətini aradan qaldırmaq səylərinin bir hissəsi olaraq bəzi hərbçilərin vəzifə yüksəlişlərinə qəsdən mane olduğunu irəli sürüblər.
Bu həftə Pentaqon Bayden administrasiyasında Heqsetin sələfi Loyd Austinin köməkçisi vəzifəsində çalışmış Baş Qərargah rəisi Rendi Corcu vəzifəsindən kənarlaşdırıb.
Corc əvvəllər qadınlar və qaradərililər üçün vəzifə yüksəlişlərinin qarşısını almaq üçün hazırkı Pentaqon rəhbəri ilə görüş tələb edib, lakin bu imkandan məhrum edilib.