İdman 8-12-2025, 17:57

“Xilasedici” klubu sabah avrokubokda növbəti oyununu keçirəcək

“Xilasedici” klubu sabah avrokubokda növbəti oyununu keçirəcək
Ölkəmizi Çelenc kubokunda təmsil edən kişi voleybolçulardan ibarət “Xilasedici” komandası 1/16 final mərhələsində Belçikanın “Lindemans” kollektivi ilə qarşılaşacaq. Cütün ilk görüşü dekabrın 9-da Bakıda olacaq. FHN-nin idman zalında təşkil olunacaq matç saat 18:00-da start götürəcək.

Komandaların cavab oyunu isə 2026-cı il yanvarın 7-də Belçikada baş tutacaq.

Qeyd edək ki, yarışa 1/32 final mərhələsindən başlayan komandamız bu raundda Rumıniyanın “Steaua” klubuna qalib gələrək 1/16 finala yüksəlib.

Çelenc Kuboku - 1/16 final
İlk oyun
09.12.2025
18:00. “Xilasedici” - “Lindemans”

Ünvan: FHN-nin idman zalı

Xəbər lenti