Tədbirdə 2025-ci il ərzində ölkə və beynəlxalq arenalarda yüksək nəticələr əldə etmiş idmançılar və məşqçilər, federasiya rəhbərliyi, eləcə də kikboksinq idman növünün inkişafında xüsusi xidmətləri olan şəxslər iştirak etdilər.
Ziyafət mərasimində Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, AKF-nin prezidenti Orxan Əliyev, federasiya rəhbərliyi və idman ictimaiyyətinin tanınmış nümayəndələri yer aldılar.
Tədbir zamanı il ərzində fərqlənmiş idmançılar və məşqçilər təltif olundu, Azərbaycan kikboksinqinin gələcək inkişaf perspektivləri müzakirə edildi və əldə olunan uğurlar xüsusi vurğulandı.
Azərbaycan Kikboksinq Federasiyası ölkəmizdə bu idman növünün inkişafı naminə əzmlə fəaliyyətini davam etdirir.
Nəsimi