Region 1-12-2025, 09:41

Özbəkistan Prezidenti genişmiqyaslı proqrama start verildiyini elan edib

Özbəkistan Prezidenti genişmiqyaslı proqrama start verildiyini elan edib
Özbəkistan Prezidenti 2030-cu ilə qədər bürokratiyanın tamamilə aradan qaldırılması üçün genişmiqyaslı proqrama start verildiyini elan etdi. Bu təşəbbüs açıq, effektiv və müasir dövlət idarəçiliyi istiqamətində mühüm addımdır.

Planetinfo.az xəbər verir ki, bunu Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət mərkəzi İdarə Heyətinin sədri, Özbəkistandakı Azərbaycan diasporunun rəhbəri Mobil Məmmədov deyib.

O, qeyd edib ki, Özbəkistandakı Azərbaycan diasporu inzibati prosedurların sadələşdirilməsi, şəffaflığın artırılması, vətəndaşlar və sahibkarlar üçün daha rahat şərait yaradılması səylərini dəstəkləyir.
Rəqəmsallaşmaya və lazımsız maneələrin azaldılmasına əsaslanan inkişaf davamlı inkişafın və dövlət institutlarına ictimai inamın açarıdır.

Nəsimi

Xəbər lenti