Region Bugün, 14:32

Xameneinin səhhəti ilə bağlı yeni açıqlama



İranın ali rəhbəri Ayətullah Seyid Müctəba Xamenei üz, baş və ayaq nahiyələrindən yüngül xəsarətlər alıb.

Planetinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin rəhbəri Hüseyn Kərmanpur bildirib.

Kərmanpurun sözlərinə görə, ilkin təsəvvür belə olub ki, bu cür bombardmandan çıxan birinin bədənində ciddi xəsarətlər olmalıdır, lakin üz, baş və ayaqlardakı səthi zədələr istisna olmaqla, başqa heç bir ciddi hal qeydə alınmayıb və yalnız bir-iki tikişin qoyulmasına ehtiyac olub.

Kərmanpur əlavə edib ki, İranın Ali Rəhbəri mart ayının əvvəlində xəstəxanadan buraxılıb.

Xəbər lenti