Qeyri-hökumət təşkilatları (QHT-lər) dayanıqlı inkişaf gündəliyinin təşviqində və bu sahədə ictimai məlumatlılığın artırılmasında mühüm rol oynamağa davam edir.
Planetinfo.az xəbər verir ki, bunu Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə bildirib.