Sosial 27-05-2026, 17:15

Lökbatan-Güzdək yoluna müvəqqəti alternativ yol salınır



Bakının Lökbatan-Güzdək yolunun 2.2-ci km-də bərpa işlərinə başlanılıb.

Planetinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata görə, ərazidə rahat gediş-gəlişin təmin olunması üçün müvəqqəti alternativ yol salınır. Daha sonra sel sularının qəzalı vəziyyətə saldığı suötürücü qurğu söküləcək.

Paralel olaraq ərazidə yeni körpünün layihələndirilməsi işləri görüləcək.

Tikinti-bərpa işləri ölkə Prezidentinin sərəncamına uyğun olaraq aparılır.

Xəbər lenti