Sosial 28-05-2026, 19:28

Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın onlayn görüşü keçirilib

Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın onlayn görüşü keçirilib

Mayın 27-də Binəqədi Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın üzvlərinin onlayn görüşü keçirilib.

Görüşdə İctimai Şuranın sədri İradə Rizazadə çıxış edərək Şuranın əsas fəaliyyət istiqamətləri, qarşıda duran vəzifələr və növbəti 3 ay ərzində həyata keçirilməsi planlaşdırılan tədbirlər barədə ətraflı məlumat verib.

Bildirilib ki, Azərbaycan Respublikasının yerli İcra Hakimiyyətləri yanında fəaliyyət göstərən İctimai Şuraların əsas məqsədi yerli idarəetmədə vətəndaş iştirakını artırmaq, ictimai nəzarəti gücləndirmək və qərarların qəbulunda şəffaflığın təmin olunmasına dəstək verməkdir.

Görüş zamanı İctimai Şuranın fəaliyyət istiqamətləri geniş müzakirə olunub. Qeyd edilib ki, Şura tərəfindən yerli icra hakimiyyətinin fəaliyyəti üzrə ictimai monitorinqlərin aparılması, vətəndaş müraciət və şikayətlərinin təhlili, sosial xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi, eləcə də şəffaflıq və hesabatlılığın təşviqi istiqamətində işlər həyata keçiriləcək.

Bununla yanaşı, vətəndaş iştirakçılığının artırılması məqsədilə ictimai dinləmələrin təşkili, yerli sakinlərlə görüşlərin keçirilməsi, sosial sorğuların aparılması, QHT-lər, media nümayəndələri və təşəbbüs qrupları ilə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

İclasda sosial və infrastruktur problemlərinin araşdırılması məsələlərinə də toxunulub. Mənzil-kommunal sahə, yol və nəqliyyat infrastrukturu, abadlıq, ekoloji vəziyyət, eləcə də əlçatanlıq və inklüziv mühitlə bağlı monitorinqlərin aparılmasının vacibliyi vurğulanıb.

Eyni zamanda, yerli inkişaf proqramları üzrə təklif və tövsiyələrin hazırlanması, sosial müdafiə və məşğulluq məsələləri ilə bağlı təşəbbüslərin irəli sürülməsi, gənclər, qadınlar, yaşlılar və əlilliyi olan şəxslərlə bağlı layihələrin dəstəklənməsi istiqamətində fəaliyyətlərin davam etdiriləcəyi qeyd olunub.

Görüş çərçivəsində İctimai Şuranın nümunəvi illik fəaliyyət planı da təqdim edilib. Plana əsasən, ilin müxtəlif rübləri üzrə ictimai əlaqələrin qurulması, infrastruktur və sosial xidmətlərin qiymətləndirilməsi, inklüziv inkişafın təşviqi, həmçinin hesabatlılıq və növbəti ilin prioritetlərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Sonda iştirakçıların təklifləri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb və qarşıdakı dövr üçün fəaliyyət prioritetləri müəyyənləşdirilib.

Xəbər lenti