Sosial 11-03-2026, 10:42

Saat 13:30-da işıq kəsiləcək - Bu ərazilərdə

Bu gün Culfa rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Planetinfo.az xəbər verir ki, yeni çəkilən 110 kilovoltluq hava elektrik verilişi xəttlərinin istismara verilməsi ilə əlaqədar 35/10 kV-luq Əbrəqunus yarımstansiyasını qidalandıran 35 kilovoltluq "Əbrəqunus" hava elektrik verilişi xətti razılaşdırılmış sifarişə əsasən açılacaq.

Bununla əlaqədar Xoşkeşin, Teyvaz, Milax, Ərəfsə, Saltaq, Bənəniyar, Kırna, Ləkətağ və Boyəhməd kəndlərində saat 13:30-dan 15:00-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Xəbər lenti