Sosial 16-03-2026, 10:28

Abituriyentlərin NƏZƏRİNƏ – Qəbul imtahanlarının vaxtı açıqlandı – TARİXLƏR

Ali məktəblərə qəbul imtahanının II cəhdinin I mərhələsi mayın 24-ü və iyunun 7-si keçiriləcək.

Bu barədə Planetinfo.az-a DİM-dən məlumat verilib.


Bildirilib ki, II və III ixtisas qrupu üzrə imtahan 24 may, I və IV ixtisas qrupu üzrə isə 7 iyun tarixlərində olacaq.


Həmçinin coğrafiya fənni üzrə əlavə imtahan da iyunun 7-si keçiriləcək.

Sözügedən imtahanlara qeydiyyat 16-29 aprel tarixlərində aparılacaq.

Xəbər lenti