Dünya 10-12-2025, 07:49

Qazaxıstanda ilk artilleriya mərmisi istehsalı zavodu tikiləcək




Qazaxıstanda ilk artilleriya mərmisi istehsalı zavodununun tikintisi nəzərdə tutulub.

Planetinfo.az "SSputnik Qazaxıstan"a istinadən bildirir ki, sursat komponentlərini istehsal edən dörd müəssisəni əhatə edən ASPAN layihəsi çərçivəsində ilk zavod olan ASPAN-1 hazırda tikilməkdədir. Burada mərmi və mina gilizləri istehsal olunacaq.

Layihə Qazaxıstan ordusunda istifadə üçün minaatan və artilleriya mərmilərinin (82 mm, 120 mm, 122 mm və 152 mm), eləcə də ixrac üçün NATO standartlı sursatların - 155 mm mərmilərin (M107, M795) və 60 mm minaatan mərmilərinin istehsalını əhatə edir.

ASPAN-1-in istehsalına 2027-ci ilin əvvəlində başlanacağı gözlənilir. Layihənin ümumi dəyəri təxminən 500 milyard tengedir.

Anar

Xəbər lenti