Dünya 12-12-2025, 02:24

Rumıniyada cüzam xəstəliyi aşkarlanıb




Rumıniyada cüzam xəstəliyi qeydə alınıb.

Planetinfo.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Şübhəli halları olan üç xəstə klinik və mikrobioloji testlərdən keçirilib. Məlumata görə, onlar Asiyadandır və Kluj-Napokadakı spa mərkəzində masaj terapevti kimi çalışırlar. Onlardan ikisi, 21 və 25 yaşlarındadır və İndoneziyadan işləmək üçün bu ölkəyə gəliblər.

Spa epidemioloji mərkəzi isə araşdırmanın başa çatmasına qədər bağlanıb. İstifadə olunan bütün sahələr dezinfeksiya edilib və işçilərin testdən keçirilməsi təşkil olunub.

Qeyd edək ki, sonuncu dəfə cüzam xəstəliyi Rumıniyada 1981-ci ildə aşkar edilib. Ölkədə Avropanın sonuncu cüzam koloniyası Tiçileştidə (Tulça qraflığı) yerləşir. 2018-ci ildə orada cəmi 10 xəstə olub.

Anar

Xəbər lenti