Dünya Bugün, 19:13

Rumıniyada gənclərlə bağlı uğurlu təlim keçirilib

Rumıniyada gənclərlə bağlı uğurlu təlim keçirilib
Gənclərlə işdə əsas dəyərlərə fokuslanan, səlahiyyətləndirmə və sosial inklüzivlik sahəsində kompetensiyaların gücləndirilməsinə yönəlmiş Erasmus+ təlim kursu 22–29 noyabr 2025-ci illər tarixləri arasında Rumıniyada uğurla həyata keçirilib.

Bu layihənin tərəfdaş təşkilatı Gənc Sahibkarlar Klubu İctimai Birliyi (Young Entrepreneurs Club Public Union) olub və gənclərin inkişafı sahəsindəki təcrübəsi ilə layihəyə töhfə verib. Azərbaycanı təşkilat sədrinin müavini Cavid Umudlunun rəhbərliyi ilə dörd nəfərlik nümayəndə heyəti təmsil edib.

Layihənin əsas məqsədi gənclərlə iş sahəsində çalışanların bacarıq, bilik və münasibətlərini inkişaf etdirmək idi. Bu məqsədlə iştirakçılar qeyri-formal təhsil üsul və alətləri ilə təmin olunmuş, onların komanda işi, mədəni həssaslıq və daha az imkana malik gənclərin şəxsi inkişafını təşviq edən inklüziv öyrənmə təcrübələrini dizayn və fasilitasiya etmək bacarıqları gücləndirilib.

• İştirakçılar qeyri-verbal ünsiyyət tapşırıqları və reflektiv praktikalardan istifadə də daxil olmaqla müxtəlif öyrənmə yanaşmalarını araşdıraraq qeyri-formal təhsilin holistik anlayışını formalaşdırıblar.

• Gənclərlə iş fəaliyyətlərini dizayn və fasilitasiya etmək üçün lazım olan bacarıqları inkişaf etdirmişlər: İştirakçılar strateji planlaşdırma çərçivələrindən istifadə edərək inklüziv və mədəni həssas gənclərlə iş fəaliyyətlərini planlaşdırmaq və həyata keçirmək bacarıqlarını təkmilləşdirmişlər. Onlar qrup dinamikasının idarə olunması, interaktiv tapşırıqların aparılması və gənclərin inkişafını dəstəkləyən refleksiya sessiyalarının təşkilində praktiki təcrübə qazanıblar.

• Gənclərlə işdə mədəniyyətlərarası anlayış və həssaslıq inkişaf etdirilmişdir: İştirakçılar mədəniyyətlərarası dialoq və qarşılıqlı anlaşmanı təşviq edən fəaliyyətlərdə iştirak etmişlər — mədəniyyət axşamları, hekayə paylaşımı və mədəni oxşar və fərqli cəhətləri vurğulayan əməkdaşlıq tapşırıqları. İştirakçılar gənclərlə iş fəaliyyətlərinə mədəniyyətlərarası həssaslığı necə daxil etməyi öyrənmiş və fəaliyyətlərin müxtəlif mənşədən olan gənclər üçün inklüziv və hörmətli şəkildə təşkil olunmasını təmin ediblər.

Xəbər lenti