Holandiya-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin ümumi yığıncağı keçirilib.
Planetinfo.az-a Dərnəkdən bildirilib ki, məsləhətləşmələr nəticəsində qurumun rəhbərliyinə yeni namizədin irəli sürülmədiyi məlum olub. Nəticədə iclas iştitakçılarının ümumi xahişi və təkidi ilə İlhan Aşkının Dərnəyin İdarə Heyətinin rəhbəri kimi fəaliyyətini davam etdirməsi qərara alınıb.
Qeyd edək ki, yaxın iki həftə ərzində qurumun rəhbərliyinə iddialı şəxs olmasa İlhan Aşkın İdarə Heyətinin digər üzvləri ilə birlikdə Hollandiya-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin sədri kimi fəaliyyətini daha bir neçə il davam etdirəcək.
Anar