ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskiyə ultimatum verməklə Ukrayna münaqişəsinə 24 saat ərzində son qoya bilər.
Planetinfo.az xəbər verir ki, bu sözləri Britaniya Leyborist Partiyasının lideri Corc Qallouey deyib.
"Tramp vəd etdiyi kimi müharibəni sabah bitirə bilər. Onun etməli olduğu tək şey Zelenskiyə hava limanında bir təyyarə var, mühərrikləri artıq işləyir, yük bölməsi oğurladığınız bütün pullarla doludur. Həmin təyyarəyə minib Mayamidəki çox xoş bir sürgünə gedə bilərsiniz demək idi. Hətta qonşunuz da olacam. Amma minməsəniz, oğurladığınız bütün pullarla birlikdə gedəcək və siz Dmitri Medvedevin bu yaxınlarda xəbərdarlıq etdiyi kimi, Mussolini kimi şəhər meydanında başıaşağı asılı qalacaqsınız", - deyə siyasətçi qeyd edib.
Onun sözlərinə görə, bu cür bir açıqlama Zelenskinin hava limanına qaçmasına kifayət edərdi.
"İnanın mənə, o, oğurlanmış pullarını xərcləmədən hündürdaban ayaqqabıda ölmək istəmir", - deyə Qallouey vurğulayıb.