Gündəm Bugün, 11:00

Tovuzda avtomobil işıq dirəyinə və ağaca çırpıldı, sürücü öldü



Tovuz rayonunun Düz Cırdaxan kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Ford" markalı yüngül ticari avtomobili idarəetmədən çıxaraq əvvəlcə yol kənarındakı işıq dirəyinə, daha sonra isə ağaca çırpılıb.

Qəza nəticəsində avtomobili idarə edən sürücü, Tagiyev Fərid Şükur oglu hadisə yerində həyatını itirib. Güclü zərbə nəticəsində kəndin elektrik enerjisi ilə təminatında da fasilələr yaranıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış avtomobildən sürücünün meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti